Adil Vəliyevi işçiləri saymır? — VİDEO

GÜNDƏM 17 dek 2020, 16:05
“İllərdir yaşadığım mənzil yağış yağan zaman su içində qalır”.

Bunu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Xasməmmədov 28 küçəsi mənzil 20-də yaşayan Gülarə Şıxalıyeva Demokrat.az-a danışarkən deyib. 

İcra nümayəndələrindən şikayət edən ev sahibi bildirib ki, illərdir onun yaşadığı binanın dam örtüyündən evinə su sızır:

"Məsələ ilə bağlı 2 dəfə Sabunçu Rayonu İcra Başçısı Adil Vəliyevin qəbulunda olmuşam. Ona da bildirmişəm ki, 5 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilim illərdir yağış, qar yağan kimi su ilə dolur. Adil Vəliyev icra nüayəndələrinə hər dəfə yerində tədbir görülməsi üçün göstəriş versə də, ona məhəl  qoyan yoxdur. Axrıncı dəfə icra başçısının qəbulunda deputat seçkiləri öncəsi olmuşam. Hələ də bir əncam çəkən yoxdur”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top