"Azərişıq": Şuşa ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək — VİDEO


SƏNAYE VƏ ENERGETİKA 16 dek 2020, 16:34
Şuşa şəhəri ən qısa vaxtda elektrik enerjisi ilə təmin ediləcək.

"Azərişıq" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür.

"Dağ və meşəlik həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq qurumun əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardı. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda "Şükürbəyli" yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq", - ASC-dən bildirilib.



Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top