"Gözlənilməz olsa da, pandemiya şəraitində martın əvvəlindən ölkədə 80 min iş yeri açılıb"

GÜNDƏM 15 dek 2020, 16:29
Gözlənilməz olsa da, yeni növ koronavirus (COVID-19) pandemiyası şəraitində Azərbaycanda martın əvvəlindən indiyədək təxminən 80 min yeni iş yeri açılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən "KPMG Azerbaijan" şirkəti ilə əməkdaşlıq çərçivəsində nəşr olunan "Azərbaycanda Xarici Biznes 2020" hesabatının rəsmi təqdimatında deyib. Nazirin sözlərinə görə, açıqlan yeni iş yerlərinin 15%-dən çoxu özəl sektorun payına düşür.

M. Cabbarov onu da qeyd edib ki, Azərbaycan pandemiya fonunda əsas iqtisadi göstəricilərini ilin əvvəlində olan səviyyədə saxlamağı bacarıb və nümunə kimi, ölkənin strateji valyuta ehtiyatlarının demək olar dəyişməyən həcmini gətirib. Stabil valyuta bazarına toxunan nazir manatın məzənnəsinin stabil qaldığını xatırladıb.

Qeyd edək ki, "Azərbaycanda Xarici Biznes 2020" hesabatı Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələrinin iştirak etdiyi Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır və xüsusilə də ölkədəki investisiya mühitinə fokuslanır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top