Arif Hacılı: "Rusiyanın təsirini azaltmaq üçün Ermənistanla danışıqlara başlanmalıdır: Ya müharibə, ya da sülh!"

GÜNDƏM 14 dek 2020, 14:06
“Biz Rusiyaya həm bizi, həm də Ermənistanı tam nəzarət və təhdid altında saxlamasına imkan verməməliyik”.

Bunu KONKRET.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Arif Hacılı qeyd edib ki, Azərbaycan ərazilərindən erməni silahlı birləşmələri hələ ki, çıxarılmayıb: “Hazırda Rusiya sülhəramlılarının olduğu ərazidə onlar faktiki olaraq təhlükəzilik təminatı alıblar. Rusiya sülhməramlıları Azərbaycan ərazisində olduqca bu kimi problemlər yaranacaq. Çünki Rusiya Qarabağ ərazisində belə təxribatlara zəmin yaratmaqla bütövlükdə Azərbaycanı və Ermənistanı nəzarətində saxlamaq istəyir. Ona görə də Azərbaycan Qarabağ probleminin birdəfəlik həll edilməsi ilə əlaqədar çıxış yollarını tapmalıdır. Mən hesab edirəm ki, ilk olaraq bu məsələ Ermənistanla həll edilməlidir. Yəni ya müharibə və ya sülh olacaqsa, bu, Ermənistanla olmalıdır.

Biz Rusiyaya silahlı qüvvələrinin Azərbaycanda olmasından istifadə edib, həm bizi, həm də Ermənistanı tam nəzarət və təhdid altında saxlamasına imkan verməməliyik. Rus sülhməramlı qüvvələrinin Azərbaycanda yerləşməsinin əsl səbəbi sülh yaratmaq yox, münaqişənin davam etməsinə nail olmaqdır. Rusiya silahlı qüvvələri məhz Yuxarı Qarabağdan ətraf ərazilərə girməklə və bu tipli xəritələr yaymaqla, eləcə də zaman-zaman Azərbaycan ərazilərində problem yaratmaqla suverenliyimizi təhdid etməyə çalışır. Hesab edirəm ki, Rusiya sülhməramlılarının Yuxarı Qarabağ ərazisində yerləşməsi burada sülh yaratmaq deyil. Əksinə münaqişəni dondurmaq və bundan istifadə edərək Cənubi Qafqazda, Ermənistanda öz təsir gücünü saxlamaq məqsədi daşıyır. Bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Bizim qarşımızda duran əsas məqsədlərdən biri də məhz bu problemi həll etməkdir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top