ABŞ-da helikopter qəzası — ölənlər var

DÜNYA 12 dek 2020, 08:56
ABŞ-da şəxsi "Robinson R44" helikopterinin qəzaya uğraması nəticəsində 2 nəfər həlak olub.

Bu barədə "Report" ABC telekanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Texas ştatında qeydə alınıb. Helikopter Kolorado-Siti şəhərindən 13 kilometr cənub-qərbə düşüb.

Qəzanın başvermə səbəbi açıqlanmır.

ABŞ-ın Federal Aviasiya İdarəsi Nəqliyyatda Təhlükəsizlik İdarəsi ilə birlikdə insidentin təhqiqatını aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top