Nazirlik Qarabağ qazisinin uşaqlıq arzusunu reallaşdırdı — FOTO

SOSİAL 11 dek 2020, 22:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müharibədə yaralanan Elçin Sultanovu evində ziyarət edib.

Nazirlikdən Demokrat.az-a verilən məlumata görə, atası Elçinin uşaqlıq arzusunun öz foto xidmətini yaratmaq olduğunu bildirib.

E.Sultanov cəbhəyə getməzdən əvvəl də fotoqraf işləyib. Lakin özünün foto xidmətini qurmaq üçün avadanlıqlar almağa imkanı olmayıb.

Nazirliyin əməkdaşları Elçinlə görüşüb, ailəsinin sosial vəziyyəti ilə tanış olublar. İstəyinə uyğun olaraq o, foto xidmətini yaratmaq üçün qısa bir müddətdə, növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib.

Elçinə lazımi avadanlıqlar (fotoaparat, rəngli fotoprinter, kompüter, ştativ, fotolampa və s. aksesuarları) evində təqdim edilib. Beləliklə, qazimiz uşaqlıq arzusunu indi gerçəkləşdirə biləcək.

Elçinin valideynləri və qardaşı da işləyir. Nazirlik yaxın günlərdə Elçinin əlilliyinin qiymətləndirilməsini də aparacaq. Əlillik dərəcəsi təyin edildikdə, o, hər ay təqaüd və müavinət alacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top