SON DƏQİQƏ: ​​​​​​​Azərbaycanda koronavirusdan ölənlərin sayı rekord həddə çatdı

SOSİAL 11 dek 2020, 17:46
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 1671555 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 555 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282 , bu günə qədər isə ümumilikdə 1 918 866 test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top