Ramiz Mehdiyev vətəndaşları qəbul etməkdən imtina etdi — FOTOFAKT

SOSİAL 06 dek 2020, 16:17
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında akademiyanın rəhbər şəxslərinin qəbul vaxtları qeyd olunub. 

Demokrat.az-ın xəbərinə görə, AMEA rəhbərliyinin qəbul günlərinə nəzər yetirdikdə, burada AMEA-nın prezidenti Ramiz Mehdiyevin adına rast gəlmək mümkün deyil. Belə ki, vətəndaşları qəbul edən rəhbər şəxslər əsas etibarı ilə vitse-prezidentlərdən ibarətdir. 

Belə görünür ki, Ramiz Mehdiyev ölkədə koronavirusun geniş yayılması səbəbindən, insanlarla təmasdan çəkinir və belə olan halda özünü COVID-19 infeksiyasından qoruyur.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top