İtaliyalı deputatlar Ağdama səfər etdi — YENİLƏNİB

SİYASƏT 06 dek 2020, 13:35
İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

Demokrat.az
xəbər verir ki, səfərin məqsədi nümayəndə heyətini Ermənistan silahlı qüvvələrinin Ağdam şəhərində törətdiyi vəhşiliklərlə tanış etmək olub.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti Ağdam şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər.

***
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının nümayəndə heyəti bu gün Ağdam rayonuna səfər edəcək.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, italiyalı deputatlar işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olacaqlar.

Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, digər deputatlar müşayiət edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top