Qarabağ ekoturizm mərkəzinə çevriləcək

TURİZM 06 dek 2020, 09:41
"Dağlıq Qarabağ böyük turizm potensialına malikdir".

Demokrat.az
xəər verir ki, bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, Qarabağ regional əhəmiyyətli, daha sonra dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevriləcək:

"Azad edilmiş ərazilərdə itirilmiş kommunikasiya infrastrukturunun bərpasından sonra biznes üçün, o cümlədən turizmin inkişafı üçün əlverişli mühitin yaradılması planlaşdırılır".

S.Dübəndi bildirib ki, Qarabağda ekoturizm fəaliyyəti yüksək sürətlə inkişaf edəcək:

"Ekoturizm bu ərazilərin gələcəyidir, çünki buralar təbii ehtiyatlarla zəngindir. Bu ərazilərdə həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm, piyada gəzintilər, göbələk turları təşkil etmək olar".

Ekstremal turizmin inkişafından danışan Assosiasiya sədri vurğulayıb ki, raftinq, qayayadırmanma, alpinizm və yelkən idmanı növlərinin inkişafı nəzərdən keçirilir. /Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top