Dövlət Dəniz Agentliyinin kollektivi şəhidlərin xatirəsini yad edib — VİDEO

GÜNDƏM 04 dek 2020, 17:03
Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Azərbaycan Respublikasının Dövlət bayrağı yarıya qədər endirilib.

Bu barədə Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Şəhidlərin əziz xatirəsi Dövlət Dəniz Agentliyinin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb. Saat 12:00 – da Bakı buxtasındakı gəmilərdən fasiləsiz səs siqnalı verilməklə şəhidlərin xatirəsi yad edilib.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top