"Qarabağ monastrları Azərbaycan xalqına məxsusdur!" — VİDEO

QARABAĞ 01 dek 2020, 22:08
“Bu dövrdə (orta əsrlərdə) Qarabağda yaradılan abidələlərin heç biri ermənilərə məxsus adlandırıla bilməz”.

Bu sözləri Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində İtaliyanın Merano şəhərindəki Müqəddəs Nikola kilsəsinin rəhbəri, “Qafqaz Albaniyasında xristianlıq” monoqrafiyasının müəllifi iqumen Aleksey (Nikonorov) bildirib.

O, həmçinin Bakının Qarabağdakı xristian irsinin qorunmasına ehtiyatla yanaşacağına əminliyini ifadə edərək bildirib ki, Azərbaycan özünün ən yeni tarixi dövründə tarix və mədəniyyət abidələrinə ehtiramla yanaşmanın etalon nümunəsini nümayiş etdirib.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiridir. O, Heydər Əliyev Fondunun vəsaitləri ilə təkcə Azərbaycanda deyil, dünyanın digər ölkələrində də ən qədim xristian abidələrinin bərpasını maliyyələşdirilib. Mehriban Əliyevanın mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsindəki fəaliyyətinin parlaq nəticələrini öz gözlərimlə görmüşəm”, - deyə Rus Pravoslav Kilsəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bu torpaqda mövcud olan dövlətlərin, o cümlədən Qafqaz Albaniyası dövlətinin, eləcə də bu günə qədər gəlib çatan mədəni və dini abidələrin qanuni varisi azərbaycanlılardır.

İqumen bildirib ki, ərəblərin Qafqaz Albaniyası ərazilərini fəth etməsindən sonra bölgənin xristian əhalisi Qarabağın ərəb qoşunları və rəhbərliyi üçün əlçatmaz olan dağlıq bölgələrində cəmləşdi. Faktiki olaraq bu dövrdə Qarabağda Albaniya dini memarlığının gözəl nümunələri yaradılıb.

Bununla belə, nüfuzlu erməni tarixçisi Suren Yeremyan XIII əsr tarixçisi Kirakos Qandzaketsinin (Kirakos Gəncəli) bu dövrdə “yalnız Albanların rəhbərlərindən bəzilərinin erməni dilində danışdığını”, Qarabağ əhalisinin isə ana dilində danışdıqlarına dair fikirlərini göstərir.

Güman etmək olar ki, o vaxtdan bu yana bərpa işləri zamanı ermənicə yazılar əlavə edilib. Bəli, monofizitlər orada dua edə bilər, onları erməni mənşəli ustalar bərpa edə bilər, erməni tarixçilər əsərlərində bəhs edə bilər, lakin bütün bunlar Qafqaz Albaniyasının dini və mədəni abidələrini ermənilərin etmir!” - deyə Aleksey Nikonorov bildirib.

Rus Pravoslav Kilsəsinin nümayəndəsi Qarabağda qorunub saxlanılan ən vacib və qədim komplekslər kimi Amaras (Xocavənd rayonu), Xudavəng (Kəlbəcər rayonu) və Gəncəsər (Kəlbəcər rayonu) monastırlarını hesab edir və bunların erkən orta əsrlərdə Alban katolikoslarının istirahət yerləri və ya yaşayış yerləri olduğunu qeyd edir.

“Azərbaycanın Qarabağın mədəni irsinə qayğı göstərmək niyyətindən və bacarığından şübhələnənlər varsa, qoy Azərbaycana gəlsinlər, bu ölkənin şəhər və kəndlərini ziyarət etsinlər - o zaman bütün çaşqınlıqlar öz-özünə yox olacaq”, - deyə iqumen bildirib.

Müsahibəsinin sonunda iqumen Aleksey italiyalı jurnalistlərin Azərbaycan kimi müsəlman ölkəsinin fondunun xristian irsinin bərpası işini niyə maliyyələşdirdiyi barədə sualına Azərbaycanın birinci xanımının cavabını xatırladır.

“Xanım Əliyeva xüsusilə qeyd edib: Azərbaycan Avropa ilə Asiyanın, Şərqlə Qərbin sərhədində olan bir ölkədir və bu coğrafi mövqe ölkəmizi xarakterizə edən dərin müxtəlifliyə təsir göstərmişdir. Dostluq və qardaşlıq həmişə orada yaşayan xalqları müşayiət etmişdir və bizim böyük sərvətimiz həm də bir çox dini konfessiyaların mövcudluğundadır”.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top