İran uranın zənginləşdirilməsi dərəcəsini artıracaq

DÜNYA 01 dekabr 2020, 15:26
Bu gün İran parlamentinin qəbul etdiyi qanun layihəsi hökumət qarşısında nüvə təsisatlarında uranın zənginləşdirilməsi dərəcəsini artırmağa dair öhdəlik qoyub.

Bu barədə İranın rəsmi IRIB agentliyi məlumat yayıb.

Qanun layihəsi 290 millət vəkilindən 248-nin lehinə səs verməsi nəticəsində qəbul edilib.

Qeyd edək ki, məlum qanun layihəsi iranlı nüvə alimi Möhsün Fəxrizadəyə qarşı hazırlanan sui-qəsdən sonra gündəliyə çıxarılmışdı.(oxu.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 10:38
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top