Fransa səfirliyi önündə aksiyalara start verilir

DAXİLİ SİYASƏT 26 noy 2020, 00:08
Azərbaycanda Fransa səfirliyinin önündə aksiyaların keçirilməsinə start veriləcək.

Demokrat.az bildirir ki, bu barədə Baxar.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib:

"Təcili olaraq Fransanın buradakı səfiri qovulmalıdır, bizim səfir geri çağrılmalıdır. ATƏT-in Minsk qrupuna daxil olan dövlətin belə bir qərar qəbul etməsi yolverilməzdir. Bu qrupdan imtina etmək lazımdır. Çünki, artıq "qırmızı xətt" keçilib. Fransanın Azərbaycanda nə qədər şirkəti varsa, hamısı əllərindən alınıb, embarqo qoyulmalıdır. Paşinyanı iti qovan kimi qovduğumuz kimi onları da qovmaq lazımdır. Biz, Müasir Müsavat Partiyası olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsini müzakirə edəcəyik. Lazım olarsa, ardıcıl olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaları keçirəcəyik. Azərbaycan cəmiyyəti bir olaraq dövlətin, ölkə başçısının yanındadır!"

Qeyd edək ki, Fransa senatı ölkə hökümətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı noyabrın 25-də tanımağa çağıran qərarı qəbul edib. Bu barədə məlumatı "TASS" yayıb.  Səsverməyə qatılan 306 senatordan 305-i qərarın qəbul edilməsinə səs verib. Fransa Xarici İşlər Naziri Baptiste Lemoine bildirib ki, qondarma respublikanın tək tərəfli tanınması kimsəyə fayda verməyəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top