Rusiya vaksininin qiyməti açıqlandı

DÜNYA 25 noy 2020, 10:39

Rusiyada hazırlanan koronavirusa qarşı “Sputnik V” peyvəndinin qiyməti açıqlanıb.
 

Demokrat.az xəbər verir ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RDIF) məlumatına əsasən, 1 doza vaksin dünya bazarına 10 dollardan az bir qiymətdə satışa çıxarılacaq.
 

“Pfizer”, “BioNTech”  və “Moderna” şirkətləri tərəfindən hazırlanan peyvənd Rusiya vətəndaşları üçün ödənişsiz olacaq.
 

Qeyd olunub ki, “Sputnik V” 500 milyondan çox insana çatacaq miqdarda hazırlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top