Şuşanın azadlığını belə qeyd etdilər — VİDEO

GÜNDƏM 21 noy 2020, 15:52

Azərbaycan ordusu tərəfindən işğaldan azad edilən Şuşa şəhəri ilə bağlı yeni görüntülər yayılıb.


Həmin görüntülərdə şəhərin ümumi mənzərəsi əks olunub. 


Eyni zamanda, uzun zamandan sonra Gövhərağa məscidinə ilk Qurani Kərim, saat, xalça və möhür qoyulub, namaz qılınıb.


Şuşanı azad edən qəhrəman əsgərlərin iştirakı ilə üzərində məscidin şəkli həkk olunmuş tort kəsilib. 


Xatırladaq ki, Erməni silahlı qüvvələrinin 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşaya hücumu nəticəsində mayın 8-i şəhər işğalçılar tərəfindən tutulub. 28 ildir düşmən tapdağında olan Azərbaycanın dilbər guşələrindən biri, mədəniyyət beşiyi, Xarıbülbülün vətəni, Qarabağ xanlığının tarixi paytaxtı Şuşa noyabrın 8-də işğaldan azad edilib.

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top