“Euronews” telekanalı işğaldan azad edilmiş Füzuli şəhərindən repotaj hazırlayıb.
Demokrat.az xəbər verir ki, reportaj “Azərbaycanın kabus şəhəri dağıntılar altında” adı ilə yayımlanıb.
Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə müsahibə də yer alıb.
“Füzuli Ermənistanın uzunmüddətli barbar işğalı nəticəsində xarabalığa çevrilib”, - deyə Hikmət Hacıyev müsahibəsində bildirib.