"İsgəndər” raketlərindən istifadə etdiklərini deyən erməni general həbs edildi

DÜNYA 19 noy 2020, 21:15

Ermənistan DTX bir qədər öncə general-polkovnik Movses Akopyanı saxlayıb.


Azxeber.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, generalın saxlanılmasına səbəb mətbuata verdiyi açıqlama olub. 

 

O deyib ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı "İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə edib.


"Bu raketlərdən ("İskəndər”i nəzərdə tutur - red.) istifadə edilib, lakin hansı istiqamətdə istifadə olunduğunu deyə bilmərəm”, - deyə M.Akopyan qeyd etmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top