Murad Heydərov: "Azərbaycan qazının TAP ilə nəqlinə ilin sonunda başlanılacaq"

İQTİSADİYYAT 18 noy 2020, 12:11

"Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) rəsmi olaraq artıq istismarına başlanılıb. Ancaq bu, qaz tədarükünü həyata keçirilməsi demək deyil".


Bunu “Report”a açıqlamasında TAP konsorsiumunun Direktorlar Şurasının sədri Murad Heydərov bildirib.


Onun sözlərinə görə, təbii qazın tədarükü alış-satış haqqında sazişlərə əsasən həyata keçirilir: ““Azerbaijan Gas Supply Company” (AGSC) şirkətinin Yunanıstan, Albaniya və İtaliya bazarları üçün mövcud olan çoxsaylı müqavilələrinə əsasən, təbii qazın tədarükünə ilin sonunda başlanılacaq”.


M. Heydərov qeyd edib ki, hazırda boru kəməri sisteminin sınaqdan keçirilməsi işləri davam etdirilir: “Eyni zamanda, təbii qazın alıcılarının da sistemi sınaqdan keçirilir. Təbii qazın alıcıları qazın qəbul edilməsi və istehlakçılara çatdırılması prosesini sınaqdan keçirilməlidir. Bu səbəbdən də Azərbaycan təbii qazının bu boru kəməri ilə nəqlinə ilin sonunda başlanılacaq”.


Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top