Armen Sarkisyan: “Ermənistan həm müharibədə, həm də beynəlxalq platformalarda məğlub olub”

DÜNYA 18 noy 2020, 11:06

Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olduğunu bildirib.


Bu barədə NTV xəbər yayıb.


Onun fikrincə, həmin vaxta qədər idarəetmə milli razılıq hökumətinə verilməlidir.


Armen Sarkisyanın sözlərinə görə, Ermənistan həm müharibədə, həm döyüş meydanında, həm də diplomatik və beynəlxalq platformalarda məğlub olub:


“Mövcud vəziyyəti və ictimai tələbləri nəzərə alaraq daxili siyasi təlatümlərdən qaçınmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğu açıq-aşkar görünür”.


O, bununla əlaqədar məsələləri müzakirə etmək üçün ictimai və siyasi həyatın müxtəlif sahələrinin çoxsaylı nümayəndələri ilə görüşdüyünü söyləyib.


“Görüş iştirakçılarının böyük əksəriyyəti bir məsələdə - Baş nazirin Konstitusiyaya uyğun olaraq istefası, yaxud da səlahiyyətlərinin ləğvi və erkən parlament seçkilərinin keçirilməsi barədə razılıqlarını bildiriblər”, - deyə Sərkisyan əlavə edib.


Qeyd edək ki, Ermənistan parlament respublikasıdır, yəni erkən seçkilərin keçirilməsi hökumətin və baş nazirin istefasını nəzərdə tutur. Yeni hökumət və baş nazir parlament çoxluğu tərəfindən seçilir.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top