Ermənistanda koronavirusdan ölənlərin sayı 1 800-ü ötdü

DÜNYA 17 noyabr 2020, 13:44

Ermənistanda daha 984 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 118 870-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 23 nəfər artaraq 1 811-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 463-ə yüksəlib. İndiyədək 78 343 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 38 253 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 22:54
Top