Millimizin hücumçusu ABŞ klubu ilə yeni müqavilə bağladı


İDMAN 16 noy 2020, 16:52

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov 2020/2021 mövsümünü də ABŞ-ın "Finiks Rayzinq" klubunda keçirəcək.


"Report" "jamaicaobserver.com" saytına istinadən xəbər verir ki, 29 yaşlı forvard komandası ilə yeni müqavilə imzalayıb.


Sözləşmənin müddəti 2021-ci ilin sonunadəkdir.


Qeyd edək ki, Rüfət Dadaşov geridə qalan mövsümdə 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun komandası isə USL-də B Liqasının qalibi olub.


Demokrat.az



DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top