Azərbaycan Ordusunun zəfər yürüşünə xarici ölkələrin vətəndaşları da sevinir — Ali Baş Komandana MÜRACİƏTLƏR

GÜNDƏM 14 noy 2020, 20:12

Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində qazandığı tarixi zəfər xarici ölkə vətəndaşlarının da sevincinə səbəb olub.


Türkiyə və İsraildə yaşayan insanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubları ünvanlayıb.


Müraciətlərdə şanlı ordumuzun sentyabrın 27-də işğalçı qoşunlarına qarşı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlatdığı əməliyyatlar birmənalı olaraq alqışlanır və böyük dəstək ifadə olunur.


Müraciətlərdə bildirilir ki, Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə düşməni işğal edilmiş ərazilərdən qovub, ölkəmizin suverenliyi, ərazi bütövlüyünü tam bərpa edib.


Bu qələbənin Azərbaycanın dövlətçilik səhifəsində böyük bir tarix yaratdığını, düşmənlərə və onların havadarlarına dərs verildiyi vurğulanır.

Vaxtı ilə doğma torpaqlarından məcburi qovulan vətəndaşlarımızın da Ali Baş Komandana ünvanladığı təbriklərin ardı-arası kəsilmir. 
   

Ölkə başçısına ünvanlanan məktublarda xalqın hər bir üzvünün onunla eyni dövrdə yaşadığı üçün fəxr və qürur hissi keçirdiyi qeyd olunur.


Xalq ölkə başçısının bu günlərdəki məğrur duruşunu, qətiyyətli mövqeyini, düşmənə layiqli cavablarını görür və bundan qürurlanır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top