Ermənistanda bir gündə 41 nəfər COVID-19-dan öldü

DÜNYA 14 noy 2020, 11:58

Ermənistanda daha 1 472 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 114 383-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 41 nəfər artaraq 1 738-yə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 448-a yüksəlib. İndiyədək 74 105 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 39 564 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top