
Özbəkistanın baş nazirinin kənd təsərrüfatı məsələləri üzrə müavini Zoyir Mirzaev biçilməmiş buğda sahəsinə görə kişini soyuq su ilə dolu arxın içində dayanmağa və sonra yaş paltarla məcbur edib.
Demokrat.Az-ın Özbəkistan mediasına istinadla verdiyi xəbərə görə, nazir müavini bu hərəkəti səbəbindən vəzifəsindən çıxarılıb.
O, prezidentin siyasəti ilə uyğun olmayan hərəkət etməkdə ittiham olunub.
Özbəkistan prezidenti Şavkat Mirziev onu hadisədən iki günsa postundan kənarlaşdırılıb. Onunla birgə Daşkənd vilayəti prokurorunun müavini və regionun digər rəhbərləri də vəzifələrindən kənarlaşdırılıblar.
İnsident oktyabrın 25-də Daşkənd vilayətinin Akkurqan rayonunda, “Abdunasir Qulyam” fermer təsərrüfatının ərazisində baş verib.
Şahidlərin sözlərinə görə, 6 nəfər kişini 45 dəqiqə soyuq suda durmağa, sonra yaş paltarda qaçmağa vadar edib. Baş verən olayı baş nazirin müavini Mirzaev, eləcə də vilayət və rayon rəhbərləri də müşahidə ediblər.
Məlumata görə, baş nazirin müavini başqa bu cür davranışlarda da günahkar bilinir. Belə ki, o həmin gün keçirdiyi iclas zamanı yerli məmurları və fermerləri 7 saat zalda saxlayıb. İştirakçıların sözlərinə görə, o, onları planı yerinə yetirmədiklərinə görə təhqir edib. (Reyting.az)