ABŞ-də keçirilən mitinqdə ATIŞMA

DÜNYA 15 iyun 2025, 14:19
ABŞ-nin Yuta ştatının Solt-Leyk Siti şəhərində keçirilən "Krallara yox" yürüşündə baş vermis atışmada azı bir nəfər yaralanıb və onun vəziyyəti ağırdır.

Demokrat.az bu barədə şəhər polisinin "X" sosial şəbəkə hesabına istinadla xəbər verir.

Bildirilir ki, aksiya əvvəlcədən planlaşdırılıb və polislə razılaşdırılıb. Atışmadan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıları dağılışmağa çağırıblar.

79 yaşı tamam olan Prezident Donald Trampın ad günündə ABŞ-nin əksər ştatlarında Ağ Ev rəhbərinin siyasətinə qarşı "Krallara yox" aksiyaları keçirilir. Solt-Leyk Sitidə keçirilən mitinqə 10 minə yaxın insan çıxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top