“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” — Netanyahu

DÜNYA 15 iyun 2025, 17:19
İsrailin Baş naziri Benyamin Netanyahu raket hücumuna məruz qalan Bat Yam şəhərinə səfər edib.

Demokrat.az xəbər verir ki, bu haqda “The Jerusalem Post” məlumat yayıb.

Baş nazir burada İranın hava zərbələri ilə bağlı açıqlamalar verib:

“İran qəsdən törətdiyi dinc əhalinin - qadınların, uşaqların - qətlinə görə çox ağır bədəl ödəyəcək. Biz məqsədlərimizə çatacağıq və onlara böyük güclə zərbə vuracağıq. Biz buradayıq, çünki mövcudluq mübarizəsi aparırı. Hər bir İsrail vətəndaşı üçün aydındır.

Düşünün ki, İranın İsrail şəhərlərinə atmağa nüvə silahı olsaydı, nə olardı... Ona görə də biz xilasetmə müharibəsinə başladıq və bunu gücümüzlə edirik. Əsgərlərimiz, pilotlarımız İran səmasındadır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top