Tanınmış idmançımız koronavirusa yoluxdu

İDMAN 12 noy 2020, 18:55

Azərbaycan millisinin cüdoçusu Hidayət Heydərov koronavirusa yoluxub.


Demokrat.az bildirir ki, bu barədə "Report"a 23 yaşlı idmançının özü məlumat verib.


81 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, noyabrın 2-də ondan götürülmüş testin nəticəsi müsbət olub. Heydərov növbəti dəfə test verəcəyini söyləyib: "Hazırda özümü yaxşı hiss edirəm. Sabah növbəti dəfə testdən keçəcəyəm. Ümid edirəm ki, onun nəticəsi mənfi olacaq".


Cüdoçu müalicəsinə köməklik göstərdiyi üçün federasiyaya təşəkkür edib.


Qeyd edək ki, Hidayət Heydərov Azərbaycan millisinin noyabrın 19-da Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı üçün açıqlanmış heyətində yer almayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top