Vilayət Eyvazovdan yeni TƏYİNAT

GÜNDƏM 12 noy 2020, 14:08

Xaçmaz Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.


Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.


Əmrə əsasən, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Teymur Mehvalıyev vəzifəsindən azad edilərək, Xaçmaz Rayon Mühafizə Bölməsinə rəis təyin olunub.


Nazirin digər əmri ilə onun yerinə Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə Vüqar Orucov təyinat alıb. 


Xatırladaq ki, bu təyinata qədər V.Orucov Xaçmaz RPŞ-nin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top