İranın Ali Lideri ABŞ seçkilərini tamaşa adlandırıb

DÜNYA 08 noy 2020, 10:10

İranın Ali Lideri Əli Xamenei ABŞ-dakı prezident seçkilərini tamaşa adlandırıb.


APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Xamenei Demokrat Co Bayden prezident seçkilərində qalib gəldiyini elan etdikdən sonra “Twitter” hesabında paylaşım edib.


“ABŞ-dakı vəziyyət və seçkilər, özlərinin dedikləri kimi, bir tamaşadır. Bu, liberal demokratiyanın çirkin simasının bir nümunəsidir. Nəticədən asılı olmayaraq, bir şey tamamilə aydındır - ABŞ rejiminin birmənalı olaraq siyasi, sivil və mənəvi tənəzzülü”, - paylaşımda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top