İsmayıllıda ağır qəza — Ölən var

HADİSƏ 05 noyabr 2020, 09:58

İsmayıllı rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı-İsmayıllı yolunda, Zərgəran kəndi ərazisində qeydə alınıb.


"Ford" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində Ucar sakini, 1988-ci il təvəllüdlü Məmmədov İman Həmid oğlu dünyasını dəyişib, həmyerlisi, 1990-cı il təvəllüdlü Məmmədov Elnur Sayəddin oğlu ağır xəsarətlər alıb. E.Məmmədov İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Fakt araşdırılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top