"Ceyms Bond" vəfat etdi

ŞOU-BİZNES 31 okt 2020, 18:46

Məşhur şotlandiyalı aktyor Şon Konnori vəfat edib.


“Report” “BBC News”a istinadən xəbər verir ki, aktyor 90 yaşında vəfat edib.


O, əsasən 007 nömrəli casus Ceyms Bond rolunu canlandırması, bu rolu ilk dəfə böyük ekrana gətirməsi ilə məşhurlaşıb. Konnori “Ceyms Bond” franşizasının yeddi filmində rol alıb.


Şon Konnori aktyor karyerası ərzində “Oskar”, “Bafta” (iki dəfə) və “Qızıl qlobus” (üç dəfə) mükafatlarını qazanıb.


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top