"Qarabağ" "Vilyarreal"a uduzdu — YENİLƏNİB

İDMAN 29 okt 2020, 23:47

Avropa Liqasında qrup mərhələsinin II turu start götürüb.


 
Demokrat.az-ın məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

 

Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə təmsilçimiz İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Bu, İ qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələrinin ilk ev oyunu olub.


 
Lakin Ağdam klubu ölkədə hərbi vəziyyət elan olunduğu üçün görüşü qardaş Türkiyədə keçirib. İstanbuldakı “Başakşəhər” Fatih Terim stadionunda təşkil olunan qarşılaşmada bütün qollar ikinci hissəyə təsadüf edib.


 
“Qarabağ” Ovusu Kvabenanın qolu ilə hesabı açsa da, qonaqlar dərhal hesabda tarazlıq yaradıb. Ardınca daha bir qol vuran ispaniyalılar qrupda ikinci qələbəsini qazanıb. Ötən həftə Təl-Əviv “Makkabi”sinə 0:1 hesabı ilə uduzan Qurbanovun yetirmələri isə yenə meydandan xalsız ayrılıblar.


 
Qeyd edək ki, qrupun digər oyunu da Türkiyədə keçirilib. Yerli “Sivasspor” öz meydanında Təl-Əviv “Makkabi”sini qəbul edib. Bu matçda da qonaqlar qələbə qazanıb.

 

29 oktyabr

İ qrupu

II tur


“Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) - 1:3
Qol:
Ovusu Kvabena,78 - Yeremi Pino, 80, Pako Alkaser, 85, 90+5
Baş hakim: Pavel Orel (Çexiya)


“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 77. Donald Gerye, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 6. Patrik Andrade, 7. Ovusu Kvabena,10. Abdullah Zubir, 9. Xayme Romero
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 11. Mahir Emreli, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Tural Bayramov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 8. Uroş Matiç
Baş məşqçi: Qurban Qurbanov.
 
“Vilyarreal”: 13. Jeronimo Rulli, 24. Alfonso Pedraza, 4. Pau Torres, 8. Xuan Foyt, 9. Karlos Bakka, 11. Samuel Çukvueze, 14. Manu Trigeros, 16. Takefusa Kubo, 20. Ruben Pena, 21. Xayme Kosta, 10. Visente İborra (k)
Ehtiyat oyunçular: 1. Serxio Asenxo, 35. Filip Yorgensen, 2. Mario Qaspar, 6. Funes Mori, 23. Moi Qomes, 17. Pako Alkaser, 34. Fernando Ninyo, 3. Raul Albiol, 19. Frensis Kokelin, 32. Aleks Baena, 30. Yeremi Pino
Baş məşqçi: Unay Emeri
İstanbul. “Başakşəhər” Fatih Terim stadionu

 

"Apasport"

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top