Deputat: “Terrorçu Ermənistanın Bərdədəki vandalizm əməlləri beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktıdır”

GÜNDƏM 29 okt 2020, 17:20

Terrorçu Ermənistanın dinc insanlara qarşı həyat keçirdiyi qeyri-insani vadal hərəkətləri beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndirilməlidir.


Bunu “Ölkə.Az”a açıqlamasında  millət vəkili Əliabbas Salahzadə deyib.


Onun sözlərinə görə, bu gün döyüş meydanında ağır  məğlubiyyətə uğradılan  azğın düşmən  bunun əvəzini dinc sakinləri atəşə tutmaqda görür. “Azərbaycan Ordusunun  həyata keçirdiyi uğurlu əməliyyatı nəticəsində azğın düşmən ciddi məğlubiyyətə uğradılıb. Ordumuzun peşəkarlıq qabliyyəti, müasir hərb strategiyasına əsaslanaraq dünya hərb tarixində   müasir texnologiyaları tətbiq etməklə   düşmənə sarsıdıcı zərbələr endirib. Düşmən canını xilas etmək üçün  hətta  öz silah-sursatını,  hərbi texnikasını ataraq qaçır. Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən düşmən ölkənin rəhbərliyi dünyanın ən böyük dövlətlərinə minnıətçi düşərək atəşkəs əldə olunması üçün yalvarıb. Azərbaycan tərəfi qalib olsa da hər zaman sülhsevərliyini nümayiş etdirərək  münaqişənin danışıqlar yolu ilə həllinə razılıq verib. Amma hər dəfə atəşkəs razılıq əldə edilsə də, atəşkəsi ilk pozan da təcavüzkar Ermənistan olub.  Təcavüzkar Ermənistanın siyasi-hərbi rəhbərliyi  məqsədyönlü şəkildə məğlubiyyətinin acısını çıxmaq üçün ancaq dinc insanları  hədəf seçərək insanlığa qarşı hərbi cinayətlər və qanlı terror aktları  törədib. Bununla yanaşı təcavüzkar ölkə digər ölkələri münaqişəyə cəlb edib müharibənin coğrafiyasını genişləndirməklə regional  hərbi münaqişəyə çevirməyə çalışır. Təcavüzkar ölkə bu məqsədinə çatmaq üçün ən çirkin  hərəkətlərə və təxribatlara əl atır. Azğın düşmənin  son günlərdə Bərdədə 25 nəfərin ölümü və 70-dən artıq insanın yaralanması ilə nəticələnən   insanlığa qarşı olan vəhşi cinayətlər  məhz bu məqsədlərə xidmət edir. Bu yolla Azərbaycanı təxribata təhrik etmək istəyir. Ancaq düşmən bilməlidir ki, Azərbaycanı belə cinayətləri ilə hədəfindən yayındırmaq mümkün olmayacaq. Azərbaycan dinc insanlara qarşı törətdiyi vandalizm əməllərinin qisasını döyüş meydanında alcaq və hazırda bu qisası alır. Müzəffər ordumuz işğal altında olan  torpaqları azğın düşməndən təmizləyir”.

 

Millət vəkili əlavə edib ki,  terrorçu, faşist ölkənin rəhbərliyi bu gün təkcə Azərbaycan qarşı deyil, eyni zamanda öz xalqına qarşı da dəhşətli cinayətlər törətməkdədir: “Təsəvvür edin Azərbaycan tərəfi döyüş meydanında ölən hərbçilərinin mmeyilərini belə qəbul etməkdən imtina edir. Azərbaycan Beynəlxalq Qırmızı Xaç Komitəsinin, ATƏT-in  vasitəçiliyi ilə erməni cəsədlərini və    işğal olunmuş ərazilərdə köməksiz vəziyyətdə qalan yaşlı insanları  birtərəfli qaydada qaytarmaq istəsə də, təcavüzkar Ermənistanın rəhbərliyi bunu qəbul etməkdən imtina edib. Bu bir daha sübit edir ki, təcavüzkar ölkənin rəhbərliyi öz xalıqna qarşı da insanlığa sığışmayan humanimdən uzaq davranış nümayiş etdirir.  Təcavüzkar ölkənin rəhbərliyi  hərəkətləri bir-birinə tamamilə ziddiyyət təşkil edir.  Hərəkətləri qeyri-adekvatdır. Odur ki, belə bir düşmənlə masa arxasında əyləşib msələni danışıqlar yolu ilə həll etmək mümkün deyil. Məsələnin bir yolu var, o da  hərb yoludur. Düzdür Azərbaycan  münaqişəsinin hərbi-siaysi yolla həllinə üstünlük versə də, qarşı tərəf hərb yolundan başqa alternativə yol qoymur.  Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında israrlıdır və istənilən variantdan istifadə edərək suverenliyini, ərazi bütövlüyünü  təmin edəəck. Bu məsələdə  kimsə bizə təzyiq edə bilməz və təzyiqlərə dözməyə hazırıq.  Çünki Azərbaycan beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq haqq mübarizəsi aparır və qələbə də Azərbaycanındır.  Müzəffər ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin  komandanlığı altında tezliklə  qələbə çalacaq. Şuşada və digrə torpaqlarda   üçrəngli Azərbaycan bayrağı dalğalanacaq”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top