MN: Yaylım atəşli reaktiv sistemlərimizin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir

SİYASƏT 29 okt 2020, 13:12

Oktyabrın 29-da Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin vurulması barədə videogörüntülər yayıb.


Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.


"Bildiririk ki, təqdim edilən video saxtadır və harada çəkildiyi məlum deyil. Azərbaycana məxsus “Smerç” yaylım atəşli reaktiv sistemlərinin hamısı tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir", - məlumatda vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top