Ukrayna Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik etdi

SİYASƏT 18 oktyabr 2020, 17:05

Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.


Demokrat.az xəbər verir ki, təbrik mətni səfirliyin rəsmi “Facebook” səhifəsində paylaşılıb.


Təbrikdə deyilir:


“Oktyabrın 18-i dünya azərbaycanlıları Dövlət Müstəqilliyi Gününü qeyd edirlər. 29 il öncə bu gün Azərbaycan Respublikasının SSRİ-dən dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmiş və Azərbaycanın dövlət, siyasi və iqtisadi quruluşunun əsası qoyulmuşdur.


Bu bayram münasibətilə Azərbaycanı təbrik edirik və qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq, harmoniya və çiçəklənmə arzu edirik!”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top