"Gömrük Komitəsi rəhbərliyinin açıqlamaları qaranlıq məsələlərə aydınlıq gətirdi" — "Bu qərar gömrük sahəsində şəfaflığı daha da sürətləndirəcək"

GÜNDƏM 26 avq 2020, 15:18

Tanınmış hüquq müdafiəçiləri Nazirlər Kabinetinin 21 avqust tarixli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliyi şərh ediblər. 


Demokrat.az xəbər verir ki, hüquqşünaslar sözügedən qərarın bu sahədə tam şəffaflığa gətirib çıxaracağını bildiriblər. 


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Nazirlər Kabinetinin həmin qərarı qonşu və Avropa dövlətlərinin təcrübəsinə əsaslanıb. 

 

Açıklama yok.


Onun sözlərinə görə, bir çox Avropa ölkələrində, o cümlədən Azərbaycana yaxın olan dövlətlərdə güzəştli malların həcmi olduqca aşağıdır:


"Yəni, bir çox ölkələrdə poçt vasitəsilə aylıq rüsumsuz limit 100-125 dollar təşkil edir. Bu rəqəm Azərbaycandan dəfələrlə aşağıdır. Yeni qərarın müsbət məqamlarından biri odur ki, 300 dollarlıq limit civarında ayda bir neçə dəfə tətbiq etmək olar. Dövlət Gömrük Komitəsinin açıqlamasında qeyd olunur ki, hətta vətəndaş 30 dollar məbləğində ayda 10 dəfə bundan istifadə edə bilər. Vətəndaşın onlayn formada gömrük bəyənnaməsini aparması isə statistik informasiyanın toplanılmasına xidmət edir. Bu, vətəndaş üçün hər hansı əngəl törətmir. Burada söhbət müvafiq qurumların bazasında müəyyən statistik informasiyaların toplanılmasından gedir. Hesab edirəm ki, Nazirlər Kabinetinin 21 avqust tarixli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" kifayət qədər təhlil edilmədən və tam izah olunmadan mətbuatda bununla bağlı müzakirələr başlanıb və bəzi şəxslər tərəfindən bu qaydalar haqsız şəkildə tənqid olunub. Amma hər şeyin şəffaf və rahat əldə edilməsi prinsipi tətbiq edildiyi zamanda son dövrlər Dövlət Gömrük Komitəsində aparılan uğurlu islahatlar, şəffaflığın təmin edilməsi, neqativ hallara yol verilən bütün halların aradan qaldırılması və Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə ödəmələrin miqdarının 2 dəfədən də çox artması bir daha onu göstərir ki, son illər Dövlət Gömrük Komitəsində uğurlu işlər aparılır. Bu baxımdan da hesab edirəm ki, hər hansı məsələnin peşəkarlar tərəfindən izah olunmadan mətbuatda müzakirəsi ümumi işlərə də kölgə sala bilir. Bu baxımdan Dövlət Gömrük Komitəsi rəhbərliyinin son açıqlamaları bəzi qaranlıq qalan məsələlərə də aydınlıq gətirdi".

 

Açıklama yok.


Tanınmış vəkil Ceyhun Yusifov isə bildirib ki, Nazirlər Kabinetinin məlum qərarı vətəndaşların hüquqlarını son dərəcə qorumağa hesablanıb:


"Biz Avropa və MDB ölkələrindəki nümunələrə baxsaq görərik ki, Azərbaycanda vətəndaşlara tətbiq olunan limit digər dövlətlərlə müqayisədə daha artıqdır. Burada söhbət vətəndaşların istifadəsi üçün tələb olunan malların həcmindən gedir. Ona görə də mən Nazirlər Kabinetinin qərarını doğru hesab edirəm. Bu qərar sözügedən sahədə şəfaflığı daha da sürətləndirəcək". 


Elçin Rizvanoğlu
Demokrat.az   

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top