Sabah yağış yağacaq — HAVA PROQNOZU

HADİSƏ 02 avq 2020, 22:41

3 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən məlumata görə 3 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,  gecə və səhər  bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq.
 

Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm  civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 


Abşeron çimərliklərində gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
 

3 avqustda Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33, dağlarda gecə 13-16, gündüz 17-22 dərəcə  isti olacaq.


Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 3-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2024, 23:14
09 may 2024, 21:43
Top