Estoniyadan Rusiya ilə bağlı qadağa

REGİON 09 may 2024, 22:14
Estoniya hökuməti Rusiya ilə təhsil sahəsində əməkdaşlıq müqaviləsini ləğv etmək qərarına gəlib.

Qeyd olunur ki, faktiki olaraq Rusiya ilə bu sahədə əlaqələr iki il əvvəl dayandırılıb. Cümə axşamı Estoniya Xarici İşlər Nazirliyi Rusiyaya müvafiq bildiriş göndərəcək.

Məlumata görə, müqavilə 1994-cü ildə bağlanıb və heç bir tərəf öz fəaliyyətini dayandırmaq istəyini bəyan etmədiyi üçün avtomatik olaraq hər beş ildən bir yenilənir.//Oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top