Pənah Hüseyn: “Vur, əsgər, vur”

SİYASƏT 15 iyl 2020, 12:18

Azərbaycam milli azadlıq hərəkatının liderlərindən olmuş, 1993-cü ildə ölkənin baş naziri postunu tutmuş Pənah Hüseyn dünən gecə şəhərin mərkəzində keçirilən "Orduya dəstək" yürüş-mitinqinin iştirakçılarından olub.

 
Demokrat.az xəbər verir ki, P.Hüseyn öz təəssüratlarını "Vur, əsgər, vur" başlığı altında sosial şəbəkədə paylaşıb. Pənah Hüseynin statusu aşağıdakı kimidir: "Bakıda dünən gecəki möhtəşəm aksiya, Şəhidləri ziyarət aksiyası düşmənə də, dosta da, bütün dünyaya da göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti küll halında Qarabağ uğrunda Vətən müharibəsinə, ölüm-dirim savaşına hazırdır, diridir, Qarabağ məsələsində birdir, bir yerdədir! Aksiyaya aid yerdə qalanı təfərrüatdır. Vur, əsgər, vur! Canımız sənə fəda olsun! Allah səni qorusun!"

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top