Məşhur aktrisa vəfat etdi

REGİON 14 may 2024, 22:06
Teatr və kino sənətinin ustad adlarından biri olan türkiyəli aktrisa Aytən Gökçer 84 yaşında dünyasını dəyişib. 

Demokrat.az xəbər verir ki, bu haqda "Milliyet" qəzeti məlumat yayıb.

Bildirilib ki, sənətçinin qızı Aslı Gökçer Oba, instaqramdakı paylaşımı ilə anasının ölümünü təsdiqləyib.

Həmçinin, Gökçerin cənazəsinin sabah həyat yoldaşı Cüneyt Gökçerin yanında torpağa veriləcəyi öyrənilib. 

Qeyd edək ki, A.Gökçer “Tacsız Kral”, “İlan hekayəsi” və “İstanbul Qırmızısı” kimi tamaşalarda rol alıb, 1988-ci ildə isə “Dövlət sənətçisi" adına layiq görülüb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top