Azərbaycanda alim koronavirusdan vəfat edib.
Oxu.Az-ın məlumatına görə, AMEA Neft-Kimya Prosesləri İnstitutunun “Səthi-aktiv reagentlər və preparatlar” laboratoriyasının müdiri, kimya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Ziyafəddin Əsədov bu gün ölüb.
Onun həyat yoldaşı və kürəkəni də koronavirusa yoluxublar.
Qeyd edək ki, dünən alimin koronavirusa yoluxması və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilməsi barədə məlumat yayılmışdı.