Azərbaycanlı həkimdən "Deksametazon"la bağlı AÇIQLAMA: “Dərman yalnız bu halda istifadə edilə bilər”

SOSİAL 18 iyun 2020, 14:57

“Deksametazon yeni növ koronovirusun törətdiyi xəstəliyin yalnız ağciyər ağırlaşmaları ilə müşayiət edilən son mərhələsində müəyyən təsir göstərə bilər. Deksametazonun profilaktik məqsədlə istifadə edilməsi isə bu xəstəliyin inkişafının qarşısını ala bilməz və hətta immun sistemin fəaliyyətini zəiflətmək yolu ilə yoluxma riskini artıra bilər”


Yeniavaz.com xəbər verir ki, bu sözləri  Azərbaycan Tibb Jurnalının baş redaktor müavini, tanınmış tibb işçisi Fuad İslamzadə deyib.


O, insanları bu preparatı almaq üçün apteklərə axın etməməyə çağırıb: “Deksametazon adlanan sintetik hormon preparatının yeni infeksion xəstəlik olan covıd-19-un müalicəsində müsbət effekt verdiyi haqqında xəbərlər çox sürətlə yayılıb və hətta telekanallarımızın xəbərlər proqramına da yol tapıb. Buna görə vətəndaşlarıma xəbərdarlıq edirəm ki, bu preparatı almaqdan ötrü apteklərə getməyə tələsməsinlər.

 
Yadınızdadırsa, koronovirusun yayıldığı ilk vaxtlarda guya zəncəfilin bu xəstəliyin qarşısını aldığı haqda geniş təbliğat aparıldı və bu təbliğat zəncəfilin qiymətinin 7-8 dəfə artımına səbəb olmaqdan başqa heç bir effekt vermədi. Amma zəncəfilin faydası olmasa da, ən azı mənfi təsiri də yox idi. Deksametazon isə çoxsaylı yan təsiri olan və orqanizmdə arzuedilməz dəyişikliklər törədə bilən preparatdır və bu preparatı yalnız müvafiq məlumatlara malik olan, onun müsbət təsirinin hansı hallarda yan təsirlərindən üstün olduğunu müəyyənləşdirə bilən həkimin təyinatından sonra tətbiq etmək lazımdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top