Digər dövlətin vətəndaşı olan Azərbaycan vətəndaşları ilə bağlı YENİLİK

SOSİAL 22 may 2020, 19:47

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verib.


Demokrat.az-ın xəbərinə görə, o qeyd edib ki, Prezidentin imzaladığı yeni qanuna əsasən, başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq:


"Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq, artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 iyul 2025, 19:02
Top