Ağcabədidə 17 yaşlı oğlan bıçaqlanıb.
Demokrat.az əbər verir ki, hadisə rayonun Üzeyir Hacıbəyli prospektində qeydə alınıb.
Rayon sakini 2003-cü il təvəllüdlü Kamil İsmayılov münaqişə zəmində tanışı, 2003-cü il təvəllüdlü Sənan Rüstəmova bıçaqla bir neçə zərbə vurub.
S. Rüstəmov küçədə olanların vasitəsi ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları tərəfindən K. İsmayılov saxlanılıb. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbriləri davam etdirilir.(bakupost.az)