Azərbaycanda küçəyə çıxması yasaqlanan insanların sayı — RƏSMİ

GÜNDƏM 24 mar 2020, 10:39

“Hazırda Azərbaycanda ahıl insanların sayı 720 min nəfərdir”.


Demokrat.az xəbər verir ki, bunu Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.


Onun sözlərinə görə, ahıl dedikdə 70 yaş və onun üzəri əhali nəzərdə tutulur:


“Amma məlum olduğu kimi, karantin dövründə 65 yaşdan yuxarı vətəndaşlara xidmət göstəriləcək.


Hazırda 65-70 yaş arası tənha yaşayanların ayrıca qeydiyyatı yoxdur. Bu səbəbdən də 24 martdan etibarən 65 yaşdan yuxarı olan və tənha yaşayan vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə zəng edərək, qeydiyyata alınmalıdırlar”.


Şöbə müdiri qeyd edib ki, ümumilikdə 9500 tənha ahıla və əlilliyi olan şəxsə sosial xidmətlər göstərilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 may 2024, 23:14
09 may 2024, 21:43
Top