Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

HADİSƏ 10 may 2024, 00:30
Neftçalada minik avtomobili aşıb, xəsarət alanlar var.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Həsənabad-Qoltuq avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Belə ki, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2005-ci il təvəllüdlü Məmmədov Vaqif Aqşin oğlu, 2006-cı il təvəllüdlü Əliyev Emil Ruslan oğlu və 2005-ci il təvəllüdlü Ağayev Rəsul Xalıq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 may 2024, 18:19
Top