XİN-dən Abxaziyada keçirilmiş qondarma “prezident seçkilər”i ilə bağlı BƏYANAT

SİYASƏT 23 mar 2020, 11:00

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.


XİN-in mətbuat xidmətindən Demokrat.az-a verilən xəbərə görə, bəyanatda bildiilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır: "XİN Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top