Bu gün Beynəlxalq Qadınlar Günüdür

SOSİAL 08 mar 2020, 08:52

Bu gün 8 Mart Beynəlxalq Qadınlar Günüdür.


Bu gün dünyadakı bütün qadınlara diqqət göstərilir, qadınların üzünə sevinc qonur. Qadın xoşbəxt olanda ətrafını, bütün dünyanı səadətə bələyir.


1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 Martın Dünya Qadınlar Günü kimi qeyd edilməsini təklif edib. 


1977-ci ildə BMT bu günü Qadın Günü kimi rəsmiləşdirib.


Artıq, demək olar ki, bir əsrdir dünyanın sivil ölkələrində 8 Mart anaların, bacıların, sevgililərin günüdür. Hər il Martın 8-də dünya bir günlük sehirli bir nağıla bürünür, gül yağışına tutulur.


Qadınlar bayramı Azərbaycanda da geniş qeyd olunur. Hər il olduğu kimi, bu il də Azərbaycan Prezidenti İlham Əliyev ölkə qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, ölkə qadınlarının təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top