Yaqut Qarayeva: "İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil"

GÜNDƏM 28 fevral 2020, 18:44

"İran-Azərbaycan sərhədinin bağlanması bizim səlahiyyətimizdə deyil. Amma vətəndaşlar da bizimlə əl-ələ verib işləməlidir".

 

Demokrat.az APA-ya istinadla xəbər verir ki, bunu Nazirlər Kabineti yanında koronavirusla əlaqədar yaradılan Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

 

Onun sözlərinə görə, 10 gündür İranda koronavirus aşkarlanıb, hələ də ora ilə gediş-gəliş davam edir: "İnsanlar özləri gediş-gəlişi azaltmalıdır. Hətta sərhədi keçən qızdırması olmayan şəxslərə də xüsusi vərəqələr paylanılır, tövsiyə edirik ki, evdən az çıxsınlar, diqqətli olsunlar".

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top